“Şamaxı”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında XXII tur start götürüb. Turun ilk matçı Şamaxıda baş tutub.
Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Görüşdə bir qol vurulub.
Qarşılaşmanın taleyi ikinci yarıda həll olunub. Brahim Konatenin qolu meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, 22 oyundan 22 xal toplayan “Sumqayıt” 6-cı, 2 xal geri qalan “Şamaxı” 8-ci yerdə qərarlaşıb.