“Şamaxı”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında XV tura start verilib. Turun açılış matçı Şamaxıda baş tutub.
Yerli komanda “Zirə”ni qəbul edib. Oyun erkən qolla başlayıb. Giorgi Papunaşvili fərqlənib. İkinci yarıda meydan sahibləri ssenarini dəyişib. Öncə Alfons Msanqa bərabərlik topunu vurub. Çox keçmədən Karim Rossi komandasına üç xal qazandıran qolun müəllifi olub – 2:1.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.













