“Şamaxı”da yeni müqavilə
“Şamaxı” qapıçı Rikardo Fernandeslə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Portuqaliyalı qolkiperlə yeni müqavilənin müddəti iki il nəzərdə tutulub.
Qeyd edək ki, Rikardo bu mövsümdə Premyer Liqada 28 oyunun hamısında meydanda olub və 8 matçda qapısını toxunulmaz saxlayıb. O, mövsümün əvvəlində komandadamıza transfer edilib.