Şamaxıda tovuzlular sevindi
Azərbaycan Premyer Liqasında XXIV tur davam edir. Bu gün daha bir matç baş tutub.
Günün açılış oyunu Şamaxıda keçirilib. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Qarşılaşmada hesabı qonaqlar açıb. 30-cu dəqiqədə Aleks Souza fərqlənib.
İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişməyib – 0:1.
Qeyd edək ki, tura “Zirə” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.