Şamaxıda qollu sülh
Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib. İlk oyun günündə “Şamaxı” “Qəbələ”ni qəbul edib.
Görüşdə hesab ikinci yarıda açılıb. Meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev avtoqol müəllifi olub. Lakin “Şamaxı” bərabərlik topunu vurmağı bacarıb. Kamran Quliyev 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, turun digər matçları ayın 15-16-da baş tutacaq.