“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı” daha bir futbolçu ilə vidalaşıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Qurban Səfərovla yollarını ayırıb. 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandadan ayrılan 5-ci futbolçu olan Səfərov cari mövsümdə Misli Premyer Liqasının 11 oyununda 219 dəqiqə şans qazanıb.

Qeyd edək ki, “Şamaxı” bunadək İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədovla da yollarını ayırıb

ETOPAZ

Əvvəlki yazı

1/4 finalın oyunlarının vaxtı bəlli oldu

Növbəti yazı

Günün kuponu – 25.12.2024