“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Vasiliye Bakiçlə başa çatan müqavilə yenilənməyib. Serbiyalı müdafiəçi ötən yaydan “Şamaxı” ilə əməkdaşlıq edirdi. O, bölgə təmsilçisi heyətində 23 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, bundan “Şamaxı”nın aparıcı futbolçularından Brahim Konate və Leroy Mikels də komandadan ayrılıb.

ETOPAZ

Əvvəlki yazı

1/4 final cütləri bəlli oldu

Növbəti yazı

“Çelsi” Konfrans Liqasının qalibi oldu