Şamaxıda məhsuldar bərabərlik

Şamaxıda məhsuldar bərabərlik

Azərbaycan Premyer Liqasında VIII tur davam edir. Bu gün daha bir matç baş tutub.

“Şamaxı” “Turan Tovuz”u qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Sadiq Şəfiyev fərqlənib.

Lakin meydan sahibləri ikinci hissədə özünə gəlməyi bacarıb. Öncə Belajdi Pusi hesabı bərabərləşdirib. Ardınca Arsen Ağcabəyov komandasını önə keçirib. Matçın son dəqiqələri dramatik keçib. Kristian Da Silva penaltini dəqiq yerinə yetirərək qonaqlara bir xal qazandırıb – 2:2.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.09.2024

Növbəti yazı

Emreli oynadı, komandası məğlub oldu