“Şamaxı”da ayrılıq

“Şamaxı”da ayrılıq

“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi Emin Zamanovla vidalaşıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin yanvarından Şamaxının eyniadlı klubunda çıxış edən Zamanov ötən mövsüm I Liqa çempionluğu yaşayıb, ümumilikdə 18 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Macarıstanla qarşılaşacaq

Növbəti yazı

Günün kuponu – 23.01.2025