“Şamaxı” millini məğlub etdi

“Şamaxı” millini məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib. U-21 son matçında Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

“Turan Tovuz” Polşa klubuna məğlub oldu