“Şamaxı” 3 xalı 3 qolla qazandı
Azərbaycan Premyer Liqasının XVIII turu davam edir. Son oyun günündə ilk matç Şamaxıda baş tutub.
Rayonun eyniadlı komandası “Sabah”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı Edqar Ədilxanov açıb. İlk hissənin sonlarında Pavol Şafranko hesabı bərabərləşdirib.
İkinci hissədə meydan sahibləri daha aktiv oyun nümayiş etdirib. Öncə Belajdi Pusi fərqlənib. Ardınca isə Leroy Mikels matçda son nöqtəni qoyub – 3:1.
Qeyd edək ki, tura “Qarabağ” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq.