”Şamaxı” 1/4 finalda
Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir. İkinci oyun gününə Şamaxıda start verilib.
“Şamaxı” “Baku Sportinq”i qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Matçın taleyini bir qol həll edib. İkinci yarıda Abdullahi Şuaybunun vurduğu top həlledici olub – 1:0.
Qeyd edək ki, “Şamaxı”nın 1/4 finaldakı rəqibi “Qarabağ” – “Karvan-Yevlax” cütünün qalibi olacaq.












