“Salzburq”un yarımmüdafiəçisi Avropa nəhənglərinin hədəfində
“Salzburq”un yarımmüdafiəçisi Moritz Kyerqaard komandanı tərk edə bilər. O, Avropa nəhənglərinin hədəfindədir.
Futbolçu “Yuventus” və “Mançester Yunayted”in diqqətini çəkib. Hazırda oyunçu üçün rəsmi təklifin olmadığı bildirilir. Onun “öküzlər”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.