“Şalke”də yeni müdafiəçi
“Şalke” heyətinə yeni futbolçu qatıb. Almaniya klubu Timote Kolodzeyçakla müqavilə imzalayıb.
Yayda “Sent-Etyen”dən ayrılan müdafiəçi yeni klubuna azad agent kimi qoşulub. 31 yaşlı fransalı 10 günə yaxın baxışda olduqdan sonra anlaşma imzalayıb.
Qeyd edək ki, “Şalke” Bundesliqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.