Salibaya rekord məbləğ
“Real”ın heyətinə qatmaq istədiyi mərkəz müdafiəçisi bəlli olub. İspaniya klubu Vilyam Salibanın xidmətində maraqlıdır.
Madrid təmsilçisi “Arsenal”ın müdafiəçisi üçün rekord məbləğ – 100 milyon avro ödəməyə hazırdır. Keçid baş tutsa, Saliba ən bahalı müdafiəçi olacaq. Futbolçu keçidə razılıq verib və artıq klublar arasında danışıqlar aparılır.
Salibanın müqaviləsi 2027-ci ilin yayında bitəcək.