Salahdan növbəti rekord
“Liverpul”un hücumçusu Məhəmməd Salah daha bir rekorda imza atıb. Bu barədə “Opta Sports” statistika platforması məlumat yayıb.
O, buna “Brayton”la oyunda məhsuldar ötürmə verməklə nail olub. Bu, Salahın “Liverpul” forması ilə 277-ci assisti kimi tarixə keçib.
Forvard bununla da, Ueyn Runinin rekordunu yeniləyib.













