Salahdan növbəti rekord
“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda “Bernli” ilə oyunda penaltidən qol vurub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Misirli futbolçu İngiltərə çempionatlarında “Liverpul”un heyətində 35-ci penalti qoluna imza ataraq, 34 dəfə fərqlənmiş Billi Liddellin rekordunu yeniləyib.
Bu, Salahın Premyer Liqadakı 188-ci qolu olub. Bununla da 33 yaşlı futbolçu turnir tarixində ən çox qol vuran oyunçular siyahısında 4-cü yerə yüksəlib.












