Salaha PSJ-dən təklif

Salaha PSJ-dən təklif

“Liverpul”da ayrılıq yaşanmağa yaxındır. Komandanın futbolçusu Məhəmməd Salah Fransa çempionu PSJ-yə keçə bilər.

Belə olan halda, o, Avropada ən çox maaş alan oyunçu adına sahib çıxacaq. Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunu transfer etməyə çalışacaq. Klub misirli forvarda ildə 40 milyon avro maaş verməyə hazırdır.

Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Delap transferində israrlıdır

Növbəti yazı

“Qarabağ”dan böyükhesablı qələbə