Salah Runinin rekordunu təkrarladı

Salah Runinin rekordunu təkrarladı

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb. Hücumçu buna Premyer Liqanın X turunda “Aston Villa”nı məğlub etdikləri (2:0) matçda fərqlənməklə nail olub.

O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.

Misirli forvard Mersisayd təmsilçisində yerli çempionatda 276 qolun vurulmasında yaxından iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Mançester Yunayted” forması ilə bunu bacarıb. O, Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappedən daha bir uğur

Növbəti yazı

Qrizmann “200”ə çatdı