Salah “Liverpul”da qaldı
Məhəmməd Salahın “Liverpul”dakı taleyi bəlli olub. Misirli ulduz komandası ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Müqavilə müddəti ilə bağlı məlumat verilməsə də, mətbuatda futbolçu ilə 2 illik sözləşmə imzalandığı iddia edilib.
Karyerasının ən yaxşı mövsümlərindən birini keçirən Salah bu mövsüm 45 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib.