Salah heyətə qayıtdı

Salah heyətə qayıtdı

Məhəmməd Salah “Liverpul”un heyətinə qayıdıb. O, “Brayton”la oyunun iştirak ərizəsinə daxil edilib.

Vinger əvvəlki Çempionlar Liqası oyununda “İnter”lə matçda (1:0) klub və baş məşqçini tənqid edən müsahibəsindən sonra heyətdə yer almamışdı. Bildirilirdi ki, bu gün Salahın Arne Slotla söhbəti baş tutacaq.

Qeyd edək ki, “Liverpul” və “Brayton” Premyer Liqanın 16-cı turu çərçivəsində dekabrın 13-də qarşılaşacaqlar.

ETOPAZ

Əvvəlki yazı

Morata sıradan çıxdı

Növbəti yazı

Benzema DÇ arzusunda