Salah: “Futbolçu karyeramın sonuna qədər burada qalaram”
“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə klubu ilə müqaviləni uzatmağa razılıq verib. Bunu misirli hücumçunun özü açıqlayıb.
O bildirib ki, Premyer Liqa klubu ilə yeni anlaşma imzalamağa hazırdır: “Məmnuniyyətlə futbolçu karyeramın sonuna qədər burada qalaram. Lakin hər şeyi mən həll etmirəm. Klubun nə istədiyini də bilməliyik. Mən özümü “Liverpul”a qarşı oynayan kimi təsəvvür edə bilmirəm. Bu, mənim üçün üzücü olardı. Bundan danışmaq da ağırdır”.
Xatırladaq ki, Salahın müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq.