Salah “Əl İttihad”ın hədəfində
“Liverpul”un futbolçusu Məhəmməd Salahı heyətinə qatmaq istəyən “Əl İttihad” bu keçiddən vaz keçmir. Klubun hücumçu ilə bağlı planları bəlli olub.
Səudiyyə Ərəbistanı təmsilçisi misirlini transfer etmək fikrindən əl çəkməyəcək. Asiyalılar İngiltərə klubuna yeni təklif göndərmək fikrindədir. “Əl İttihad” rəhbərliyi bunun üçün 2024-cü ilin yanvarını gözləyəcək. Həmin vaxt forvardın keçidi üçün danışıqlar bərpa olunacaq.