Salah Anrini geridə qoydu
“Liverpul”un hücumçusu Məhəmməd Salah daha bir uğura imza atıb. O, bu mövsüm İngiltərə Premyer Liqasında 19-cu qolunu vurub.
Misirli forvard İngiltərə çempionatının XXIII turunun “İpsviç”lə matçının (4:1) 35-ci dəqiqəsində fərqlənib.
Ümumilikdə bu, Salahın Premyer Liqada 176-cı qolu olub. O, bu göstərici ilə 175 qola imza atmış “Arsenal”ın keçmiş oyunçusunu Tyerri Anrini qabaqlayıb.