Salah 200-ü keçdi
Məhəmməd Salah “Liverpul”un heyətində Premyer Liqada qol+ötürmə sayında 200-ü keçib. O, “Vulverhempton”la bugünkü matçda 3 qolun assistinə imza atıb.
Misirli hücumçu Kodi Qakpo, Endryu Robertson və Harvi Elliottun qollarında pay sahibi olub.
Bu, Salahın “Liverpul”da Premyer Liqa çərçivəsində 61-ci, 62-ci və 63-cü məhsuldar ötürmələri olub. 139 qol vuran forvard ümumi məhsuldarlıq göstəricisini 202-yə çatdırıb.
O, Stiven Cerrarddan sonra “Liverpul”da 200-ü keçən ikinci futbolçudur. 120 qol vuran Cerrard 93 assist edib.
Qeyd edək ki, mersisaydlılar bu matçda 3:1 hesablı qələbə qazanıb.