Salah “100”ə çatdı
“Liverpul”un futbolçusu Məhəmməd Salah xüsusi göstəriciyə imza atıb. O, Premyer Liqasında sol ayaqla 100-cü qolunu vurub.
Forvard bunu 11-ci turun “Mançester Siti” ilə oyununda (1:0) bacarıb. Misirli Premyer Liqa tarixində sol ayaqla ən azı 100 qol vuran ikinci futbolçudur. Salah yalnız Robbi Faulerdən geri qalır. Sonuncunun aktivində 105 top var.