Salah ən yaxşı seçildi
“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib. Misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən “ən yaxşı” adına layiq görülüb.
O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.