Salah “Əl-İttihad”a keçidə razılıq verdi
Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Hücumçu “Əl-İttihad”a keçməyə razılıq verib.
Asiyalılar İngiltərə klubu ilə danışıqlara başlayıb. Ərəblər Salahın transferi üçün 90 milyon avro ödəmək istəyir.
Forvard cari mövsümdə 2 oyuna çıxıb. Onun hesabında qol və assist var.
Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında bitəcək.