Sakkaridən ilk
Mariya Sakkari mövsümdə ilk dəfə finala yüksəlib. Dünyanın 9-cu raketkası bu uğura Vaşinqton turnirində imza atıb.
Yunan tennisçi yarımfinalda Cessika Pequlanı üstələyib. WTA500 turnirinin bu görüşü üç set davam edib – 6:3, 4:6, 6:2.
2 saat 3 dəqiqə sürən qarşılaşmadakı qələbəyə qədər Sakkari 5 dəfə yarımfinalda uduzmuşdu. O, Kori Qauffla həlledici qarşılaşmaya bu gün çıxacaq.