Saka ilə 3 illik anlaşma

Saka ilə 3 illik anlaşma

İngiltərə “Arsenal”ı futbolçusu Bukayo Saka ilə bağlı qərarını verib. London klubu 20 yaşlı yarımmüdafiəçisini uzun müddət komandada saxlayacaq.

İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalanacaq. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, Sako “topçular”la 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni sazişə qol çəkəcək. Bukayo cari mövsüm 4 qol, 4 assistlə yadda qalıb. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Raoniç “Australian Open”dən kənar qaldı

Növbəti yazı

Mourinyoya Afrikadan təklif