Şahruddin yenidən əsas heyətdə

Şahruddin yenidən əsas heyətdə

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır. 30 yaşlı qolkiper Ağdam təmsilçisinin “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Qarşılaşma bu gün, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

ETOPAZ

Əvvəlki yazı

Alleqri “Vest Hem” yolunda

Növbəti yazı

“Qarabağ” və “Kəpəz” 1/4 finalda