Şahruddin “Adana Dəmirspor”un hədəfində
Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı tərk edəcək. O, karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Futbolçunun xidmətində “Adana Dəmirspor” maraqlıdır. Bildirilir ki, tərəflər arasında anlaşma əldə olunub. Qolkiper klubla 2+1 illik müqavilə imzalayacaq.