“Şahdağ Qusar” çempion oldu

“Şahdağ Qusar” çempion oldu

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2024/2025 mövsümə yekun vurulub., 26 turun nəticələrinə görə, “Şahdağ Qusar” 1-ci yeri tutub.

72 xal toplayan çempionu bir xal fərqlə “Şəfa” izləyib. 58 xala malik “Şimal” isə 3-cü pilllədə qərarlaşıb. İlk 3 pillənin sahibi növbəti mövsümdə 1-ci Liqada oynamaq hüququ qazanıblar.

Mövsümün 4-cü yerdə bitirən “Hypers Quba” (51 xal) isə 1-ci Liqanın 9-cusu ilə pley-off oynayacaq.

Qeyd edək ki, sonuncu yeri tutan “Füzuli” (15 xal) liqanı tərk edib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan – Macarıstan matçının hakimləri açıqlandı

Növbəti yazı

Keyn ən yaxşı adına layiq görüldü