Safiullin Marreyə qalib gəldi
Fransanın Renn şəhərində keçirilən “Çellencer” turnirində sensasiya qeydə alınıb. Dünyanın sabiq birinci raketkası Endi Marrey mübarizəni 1/8 finalda dayandırıb. O, rusiyalı Roman Safiullinə uduzub – 2:6, 6:4, 1:6.
“Böyük dəbilqə” turnirlərinin üçqat çempionu hazırda dünyanın 110-cu raketkasıdır. Rusiyalı tennisçi 1/4 finalda Rişar Qaske və Kleman Şidex arasında qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.