Sadro məşqləri bərpa etdi

Sadro məşqləri bərpa etdi

Braziliya millisinin futbolçusu Aleks Sandro məşqləri bərpa edib. 31 yaşlı müdafiəçi komandanın dünənki qapalı məşqinə də qatılıb.

Cənubi amerikalı zədədən sonra bərpa olunub. Amma onun Xorvatiya ilə bugünkü qarşılaşmada iştirakı sual altındadır. Bu üzdən də Eder Militaonun sağ, Danilonun sol cinahda oynayacağı gözlənilir.

Qeyd edək ki, Braziliya və Xorvatiya arasında bugünkü 1/4 final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də 1/4 final mərhələsinə start verilir

Növbəti yazı

“Borussiya”nın futbolçusu “Çelsi” və “Barselona”nın hədəfində