Sabitzer İtaliya yolunda
“Bavariya”da ayrılıq baş verə bilər. Komandanın yarımmüdafiəçisi Marsel Sabitzer “Roma”nın transfer hədəfindədir.
İtaliya klubu avstriyalını Jorjinyo Vaynaldumun əvəzləyicisi kimi nəzərdən keçirir. “Canavarlar” gələn mövsüm üçün Sabitzeri icarəyə götürmək istəyir.