“Sabah”ın son rəqibi bəlli oldu

“Sabah”ın son rəqibi bəlli oldu

“Sabah” basketbol klubunun sonuncu rəqibi də bəlli olub.

“Elan Şalon” seçmə qrupun finalında İspaniyanın “Mursiya” klubunu 96:88 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Üçqat Azərbaycan çempionu B qrupunda “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və “Elan Şalon” (Fransa) ilə qarşılaşacaq. Bu, Azərbaycan basketbolunun Çempionlar Liqasının qrup mərhələsində debütüdür.

Mövsümün oktyabrın 7-də başlaması planlaşdırılır.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”da ciddi itki

Növbəti yazı

AFFA klubları cərimələdi