“Sabah”ın rəqibi bəlli oldu

“Sabah”ın rəqibi bəlli oldu

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Bakı klubu ilk təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə qarşılaşacaq.

İlk matç Bakıda keçiriləcək. Cavab görüşü Sloveniyada baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-da, cavab matçları isə 17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Real” Gyökereşi istəmədi

Növbəti yazı

Avropa Liqasında cütlər müəyyənləşdi