“Sabah”ın rəqibi bəlli oldu
UEFA Avropa Liqası ilə vidalaşan “Sabah” mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bakı təmsilçisi Moldova klubu “Petrokub”la qarşılaşacaq.
Komandalar arasında ilk oyun iyulun 24-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Xatırladaq ki, “Petrokub” turnirin I təsnifat mərhələsində Malta təmsilçisi “Birkirkara”nı iki oyunun nəticəsinə görə üstələyib – 0:1, 3:0.
Qeyd edək ki, “Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya klubu “Selye” ilə mübarizədə turnirdən kənarda qalıb – 2:3, 3:3.













