“Sabah”ın qış hazırlıq planı açıqlandı

“Sabah”ın qış hazırlıq planı açıqlandı

“Sabah”ın qış hazırlıq planı açıqlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vasili Berezutskinin rəhbərlik etdiyi kollektivun mövsümün ikinci yarısına hazırlığına yanvarın 4-də start veriləcək.

Təlim-məşq toplanışı Şüvəlanda yerləşən “Sabah” Futbol Mərkəzində baş tutacaq.

“Sabah” hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək. Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Kanselonun “Barselona” arzusu

Növbəti yazı

“Bavariya” Qittenslə maraqlanır