“Sabah”ın potensial rəqibi də müəyyənləşdi

“Sabah”ın potensial rəqibi də müəyyənləşdi

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibi bəlli olub.

Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya “Selye”sinə məğlub olarsa, qitənin üçüncü səviyyəli klub turnirində “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu

Növbəti yazı

“Qarabağ”ın potensial rəqibi bəlli oldu