“Sabah”ın potensial rəqibi bəlli oldu
Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri dəqiqləşib.
Bakı təmsilçisi ilk mərhələdə Sloveniya “Selye”sini keçərsə, AEK (Larnaka, Kipr) – “Partizan” (Belqrad, Serbiya) cütlərinin qalibi ilə qarşılaşacaq.
Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 21-də səfərdə olacaq.












