“Sabah”ın matçının hakimləri bəlli oldu
“Sabah” basketbol klubunun FİBA Avropa kubokundakı 3-cü matçının hakimləri bəlli olub. Bu gün “Nörçöppinq”ə qarşı keçiriləcək matçda üç fərqli ölkədən olan hakimlər ədaləti qoruyacaq.
Görüşün referiləri Karsten Straube (Almaniya), Petr Hruşa (Çexiya) və Ali Sakaçı (Türkiyə) olacaq. Qarşılaşmanın komissarı funkrisyasını digər türkiyəli Engin Kennerman yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan və İsveç klubları arasında matç saat 19:00-da başlayacaq.