“Sabah”ın matçının hakimləri bəlli oldu

“Sabah”ın matçının hakimləri bəlli oldu

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Sabah”ın Çempionlar yolunun II mərhələsindəki oyunlarının təyinatları açıqlanıb. Azərbaycan çempionunun “Bazel”lə İsveçrədəki ilk görüşünə xorvatiyalı, Bakıdakı cavab matçını qazaxıstanlı hakimlər təyinat alıb.

Oktyabrın 23-də keçiriləcək matçda Patrik Kolariç fit çalacaq. Ona Luka Pajiç və İvan Starçeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçrəli Hayrim Qovanay yerinə yetirəcək.

Cavab oyununda Rustam Omarov baş hakim olacaq. Ona Aleksey Dolqix və Dmitri Beloqradov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerinə yetirəcək Azərbaycan referisinin adı isə dəqiqləşməyib.

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 6-da Bayıl stadionunda baş tutacaq cavab görüşünün start fiti isə 18:00-da veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Şeşko İngiltərə yolunda

Növbəti yazı

VI turun oyun cədvəli bəlli oldu