“Sabah”ın matçında 5 qol
Bu gün avrokuboklarda Azərbaycan klubları 2025/2026 mövsümünə start verib. Təmsilçilərimizdən ilk olaraq mübarizəyə “Sabah” qoşulub.
Azərbaycan kubokunun qalibi UEFA Avropa Liqasında debüt matçına çıxıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Sloveniya “Selye”sini sınağa çəkib. Oyuna yaxşı başlayan “bayquşlar” iki dəfə hesabda önə keçsələr də qələbə hesabını qoruya bilməyiblər. Bərabərliyi bərpa edən qonaqlar 90+3-cü dəqiqədə qələbə topunu da vurublar.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. “Sabah” – “Selye” – 2:3
Qollar: Pavol Safranko, 3; 18 (p.) – Franko Kovaçeviç, 8; 48. Darko Hrka, 90+3
Baş hakim: Daniyar Saxi (Qazaxıstan)












