“Sabah”ın futbolçusu əməliyyat olunacaq

“Sabah”ın futbolçusu əməliyyat olunacaq

“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla gerçəkləşdiyi bildirilib.

Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə “Sabah”da 10 oyuna çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ın Caka istəyi

Növbəti yazı

Günün kuponu – 14.06.2025