“Sabah”ın avrokubok matçlarının tarixləri bəlli oldu

“Sabah”ın avrokubok matçlarının tarixləri bəlli oldu

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə oyunlarının başlama saatı dəqiqləşib. Azərbaycan Kubokunun sahibi Sloveniya təmsilçisini iyulun 10-da qəbul edəcək.

“Bank Respublika Arena”da keçiriləcək matçın start fiti saat 20:00-da veriləcək.

Bir həftə sonra baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Sloveniyada təşkil olunacaq ikinci qarşılaşma Selye şəhərinin eyniadlı stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

UEFA-dan “Qarabağ”a ödəniş

Növbəti yazı

“Sabah”dan yeni transfer