“Sabah”dan yeni transfer

“Sabah”dan yeni transfer

“Sabah” basketbol klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib. Amerikalı basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq komandanın heyətinə cəlb olunub.

206 sm boya malik legionerlə 2 illik müqavilə imzalanıb. 27 yaşlı amerikalı T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib.

Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Albaniya millisində yeni müqavilə

Növbəti yazı

En-Nesri “Fənərbaxça”da