“Sabah”dan səfər qələbəsi, “Azersun Arena”da bərabərlik
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. Turun birinci oyun günündə iki qarşılaşma baş tutub.
İlk matç “ASCO Arena”da keçirilib. “Səbail” “Sabah”ı qəbul edib. Görüşdə bütün qollar ilk hissədə vurulub. Birinci yarıda rəqibini iki dəfə məyus etməyi bacaran “Sabah” qələbə qazanıb.
Digər görüş Suraxanıda baş tutub. Çempion “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Gərgin keçən matçda qapılara qol vurulmayıb. Görüş 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Rəşad Sadıqovun komandasının xal itirməsi isə “Neftçi”yə yarayıb. Beləcə “ağ-qaralar” “Zirə” üçün əlçatmaz olub və gümüş medalları təmin edib.