“Sabah”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında VII tur davam edir. Günün açılış matçı Şamaxıda keçirilib.
“Karvan-Yevlax” “Sabah”ı qəbul edib. Görüş qonaqların üstünlüyü şəraitində keçib. Matçda hesab ilk yarıda açılıb. Coy Lens Mikels penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni Kahim Parris qoyub – 2:0.
Qeyd edək ki, tura “Qəbələ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.












